IMG-LOGO

Azərbaycan məhkəmə hakimiyyəti xərclərini 4 % artırıb

28 Jan 2026 16:21 2 baxış
IMG

2025-ci ildə Azərbaycanın dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 2 919,9 milyon manat səviyyəsində icra olunub.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,9 % və yaxud 110,1 milyon manat çoxdur.

Hesabat dövründə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər faktiki büdcə xərclərinin 7,6 %-ni təşkil edib.

Xəbər lenti