IMG-LOGO

Zibil qutusuna atdığı lotereya bileti 1 milyon uddu

28 Jan 2026 16:18 3 baxış
IMG
0 0

Rusiyanın Volqoqrad vilayətinin sakini lotereyada 1 milyon rubl udub.

Lent.az yerli mediaya istinadla bildirir ki, qadın “Mechtallion” lotereyasının iştirakçıları üçün nəzərdə tutulan “İlboyu ikinci şans” aksiyası çərçivəsində hər biri 1 milyon rubl olan mükafatlardan birini qazanıb.

Natalya əvvəlcə lotereya biletini zibil qutusuna atıb. Lakin son anda fikrini dəyişərək bileti zibil qabından geri götürüb.

Bileti yoxladıqdan sonra onun uduşlu olduğu məlum olub. Qalib qadın etiraf edib ki, əvvəllər lotereyalara şübhə ilə yanaşıb, lakin indi bəxtə inanmağın vacibliyini anlayıb.

Ailə qazancı yaşayış evinin təmirinə xərcləməyi planlaşdırır.

Lotereya biletləri lotereyada udmaq

Xəbər lenti