2025-ci ildə Səudiyyə Ərəbistanının Baş Audit Məhkəməsinin həyata keçirdiyi Hesablama Palatasının fəaliyyətinə dair həmkar qiymətləndirilməsinin nəticələri açıqlanıb.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Qiymətləndirmə nəticələrinə əsasən, qurumun fəaliyyəti INTOSAI-P 10 sənədində əks olunmuş 8 əsas prinsiplə tam uyğunluq təşkil edib.
Həmkar qiymətləndirilməsi zamanı Palatada strateji idarəetmə, o cümlədən strateji planlaşdırma və monitorinq sistemi, beynəlxalq sertifikatların əldə edilməsi, hesabatlılıq və şəffaflıq, daxili sistemlərin optimallaşdırılması və işçilər arasında məmnunluq sorğularının keçirilməsi qabaqcıl təcrübəyə uyğun hesab edilib.
Həmkar qiymətləndirilməsinin nəticələri ilə Palatanın internet səhifəsinin müvafiq bölməsində tanış olmaq mümkündür.