IMG-LOGO

Ermənistan AŞ-nin süni intellekt sahəsində insan hüquqlarının müdafiəsi haqqında konvensiyasını imzalayıb

28 Jan 2026 13:52 4 baxış
IMG

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının "Süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi haqqında" Çərçivə Konvensiyasını imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşündən sonra sosial şəbəkədə bildirib.

"Süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi haqqında" Çərçivə Konvensiyasını imzalamaqdan məmnunam. Cənubi Qafqazdakı dinamikanı, o cümlədən sülhün daha da institusionallaşdırılmasını müzakirə etdik", - o qeyd edib.

Bu günə qədər Çərçivə Konvensiyasını Avropa Şurasının üzv və müşahidəçi dövlətləri də daxil olmaqla 17 ölkə imzalayıb.

Xəbər lenti