Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Selçuk Bayraktaroğlu ilə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandon arasında telefon danışığı baş tutub.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin "X" hesabında məlumat yayılıb.
Bildirilib ki, söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.