Fransa məhkəməsi keçmiş senator Joel Querriaunu qadın deputata cinsi zorakılıq məqsədilə narkotik maddə verməkdə təqsirli bilib.
Lent.az “The Guardian”a istinadla bildirir ki, 68 yaşlı Querriau 4 il azadlıqdan məhrum edilib, cəzanın 18 ayını həbsxanada çəkəcək.
Məhkəmə prosesi, Fransanı sarsıdan digər rezonanslı işdən bir neçə ay sonra başlayıb. Milli Assambleyanın deputatı Sandrine Josso hökmü “böyük bir rahatlama” adlandırıb. Keçmiş senatorun vəkilləri isə apellyasiya şikayəti veriləcəyini açıqlayıblar.
İstintaq materiallarına görə, Josso Querriaunun Parisdəki mənzilində şampan içdikdən sonra özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib. Toksikoloji müayinə onun qanında yüksək dozada narkotik maddə aşkar edib. Eyni maddə Querriaunun evində də tapılıb.
Prokuror keçmiş senator üçün beş il müddətinə dövlət vəzifələrində işləmək qadağası və onun cinsi cinayətlər reyestrinə salınmasını tələb edib. Querriau isə ittihamları rədd edərək hadisəni “bədbəxt təsadüf” adlandırıb.
Fransa senatı Fransada deputatlar