IMG-LOGO

Azərbaycanın qiymətli kağızlar bazarı 11 % kiçilib

28 Jan 2026 11:12 4 baxış
IMG

2025-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 64 milyard 448,4 milyon manatlıq əməliyyat aparılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 11,1 % azdır.

İllik göstəricinin 8 milyard 36,9 milyon manatlıq hissəsi ilkin bazarda (7,1 % az), 56 milyard 411,5 milyon manatlıq hissəsi isə təkrar bazarda (11,6 % az) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 30 916 əqd bağlanılıb. Bu, illik müqayisədə 57,2 % azdır. Əqdlərin 4 323-ü ilkin bazarın (91,65 % az), 26 593-ü isə təkrar bazarın (29,7 % çox) payına düşüb.

Yanvar-dekabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 10 milyard 682,1 milyon manatlıq hissəsi və yaxud 16,6 %-i dövlət qiymətli kağızlarının, 3 milyard 133,2 milyon manatlıq hissəsi və yaxud 4,9 %-i korporativ qiymətli kağızların, 50 milyard 633,1 milyon manatlıq hissəsi və yaxud 78,5 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 35,8 % çox, 15 % az və 16,9 % azdır.

12 ayda bu bazarda bağlanmış əqdlərin isə 1 242-si və yaxud 4 %-i dövlət qiymətli kağızlarının, 22 801-i və yaxud 73,8 %-i korporativ qiymətli kağızların, 6 873-ü və yaxud 22,2 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 54,4 %, 62,7 % və 19 % azdır.

Xəbər lenti