IMG-LOGO

İrandan Azərbaycana gətirilən 1680 kq qənnadı məhsulunda kif aşkarlanıb

28 Jan 2026 11:57 5 baxış
IMG

İrandan Azərbaycana gətirilən 1680 kq qənnadı məhsulunda kif və maya göbələkləri aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Chinar Lunch Catering Service" MMC-nin İrandan gətirdiyi "Maryam Naderi Zarneh" şirkətinin istehsalı olan 1680 kq nuqa qənnadı məhsulundan nümunələr götürülüb. Laborator sınaq nəticəsində kif və maya göbələkləri göstəricisi üzrə uyğunsuzluq aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Xəbər lenti