IMG-LOGO

Beli sınan aktrisa adını dəyişib Bel qoymaq istəyir

25.01.2024 19:29 104 baxış
IMG

Məşhur aktrisa Belçim Bilgin keçirdiyi qəzadan sonra adını dəyişməyi düşündüyünü açıqlayıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, aktrisa qonaq olduğu proqramlardan birində belini sındırmasından danışıb.

"Kapadokyadan qayıdarkən avtomobil qəzası keçirdik, maşında heç kimə heç nə olmadı, mənim belim qırıldı. 6 ay evimdə hərəkətsiz yatdım. Allaha şükür indi yaxşıyam”.

Aktrisa bildirib ki, bu qəzadan sonra adını dəyişmək qərarına gəlib. 

“Öncə sadəcə “Bel” olmaq istədim. Sonra adıma məna yükləmək istədim. Ona görə Bi olacam”.

O, adını  ingilis dilindən tərcümədə “Olmaq” mənasını verən  “Bi” kəlməsi ilə əvəzləmək istədiyini söyləyib.

 

Xəbər lenti