IMG-LOGO

İndoneziyada bərədə baş verən yanğında beş nəfər ölüb, onlarla insan itkin düşüb

02 Aug 2026 16:01 4 baxış
IMG

İndoneziyanın Madura adası sahillərində göyərtəsində 271 sərnişin və ekipaj üzvünün olduğu bərədə yanğın baş verib.

"Report"un Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 41 nəfər itkin düşüb.

Axtarış-xilasetmə xidmətinin məlumatına əsasən, 225 nəfər xilas edilib.

Qeyd olunur ki, bərə Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Sulavesi əyalətinin Makassar şəhərinə gedirmiş.

Yanğının başvermə səbəbi araşdırılır. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Mənbə: report.az

Xəbər lenti