IMG-LOGO

"28 May"dan "Sea Breeze"ə tramvay xətti çəkiləcək

28 Jan 2026 11:11 6 baxış
IMG
0 0

"Mehdiabaddan metronun "28 May" stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir".

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

O bildirib ki, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb:

"Artıq Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə "Sea Breeze" daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb".

"Sea Breeze"

Xəbər lenti