IMG-LOGO

Azərbaycanda ötən il dövlət xətti ilə 443 milyon manat ipoteka krediti verilib

28 Jan 2026 10:54 3 baxış
IMG

2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 443 milyon manat kredit verilib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci illə müqayisədə 0,7 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 2,8 % azalaraq 434,9 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 8,3 % artaraq 650 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8,9 % azalaraq 79,9 milyon manata düşüb.

Xəbər lenti