Mehdiabaddan “28 May” metrostansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri keçirilir.
Lent.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb:
“Artıq Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə “Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb”.
Tramvay yolu Bakıda tramvay