Azərbaycan Basketbol Liqasında XI turdan təxirə salınmış oyunlardan biri bu gün keçiriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə son çempion "Sabah" "Neftçi" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.
"Sabah" hazırda A qrupunda 25 xalla ikinci, "ağ-qaralar" 19 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, XI turdan təxirə salınmış NTD - "Gəncə" qarşılaşması yanvarın 29-da baş tutacaq.