Rusiyanın Voronej vilayətində Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində neft məhsulları alışıb.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks" Voronej vilayətinin qubernatoru Aleksandr Qusevin açıqlamasına istinadən məlumat yayıb.
O bildirib ki, yanğın artıq söndürülüb.
A.Qusev əlavə edib ki, zərərçəkənlər yoxdur. O, yanğının hansı obyektdə baş verdiyini dəqiqləşdirməyib.