IMG-LOGO

Rusiyanın Kiyev vilayətinə dron hücumu nəticəsində iki nəfər həlak olub

28 Jan 2026 07:55 3 baxış
IMG

Ukraynanın Kiyev vilayətində çoxmərtəbəli yaşayış binasına Rusiya dronlarının hücumu nəticəsində azı iki nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnik öz "Telegram" kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, hücumdan sonra binanın dam örtüyündə və yuxarı mərtəbəsində yanğın baş verib.

"Hadisə yerində xilasedicilər işləyir, həkimlər isə gözləmə və nəzarət rejimindədir", – deyə o qeyd edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Silahlı Qüvvələrinin dron hücumu nəticəsində Ukraynanın Xarkov vilayətində sərnişin qatarında azı beş nəfər həlak olub.

Xəbər lenti