IMG-LOGO

ABŞ-də qar fırtınası nəticəsində 42 nəfər həlak olub

28 Jan 2026 06:40 3 baxış
IMG

ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Həlak olanlar arasında Nyu-York, Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Texas və Cənubi Karolina ştatlarının sakinləri var.

Əlverişsiz hava şəraiti təxminən 200 milyon ABŞ sakininə təsir edib, bəzi yerlərdə qar örtüyünün hündürlüyü 40 sm-ə çatıb. Çətin hava şəraiti səbəbindən ölkədə 20 minə yaxın aviareys ləğv edilib. "PowerOutage" monitorinq resursunun məlumatına görə, 448 mindən çox istehlakçı hələ də işıqsız qalıb ki, onların da əksəriyyəti Tennessi (147 373) və Missisipi (128 462) ştatlarının payına düşür.

ABŞ Milli Meteorologiya Xidmətinin qiymətləndirməsinə görə, qar fırtınasından təsirlənən bəzi ştatlar son onilliklərin ən uzunmüddətli soyuq dövrü ilə qarşılaşa bilər.

Xəbər lenti