IMG-LOGO

ABŞ HDQ-yə aid PUA və təyyarə İranın cənubunda patrul uçuşu həyata keçirib

28 Jan 2026 05:16 4 baxış
IMG

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "MQ-4C Triton" strateji radiotexniki kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) və "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi İranın cənub-şərqində bir neçə saatlıq uçuş həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" "Flightradar24" aviasiya resursunun göstəricilərinə istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, PUA və təyyarə Hörmüz boğazından keçərək Fars körfəzindən Oman körfəzinə doğru beynəlxalq sular üzərində hərəkət edib.

Eyni zamanda, çərşənbə axşamı İran PUA-sı da Oman körfəzi bölgəsi üzərində uçuş həyata keçirib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ayova ştatında tərəfdarları qarşısında çıxışında Amerikanın böyük hərbi qüvvələrinin İrana yaxınlaşdığını bəyan etmişdi.

"Yeri gəlmişkən, növbəti böyük, möhtəşəm donanma hazırda gözəl şəkildə İrana tərəf hərəkət edir, görək nə olacaq. Mən ümid edirəm ki, onlar razılaşmaya gedəcəklər", – deyə Tramp əlavə edib.

Xəbər lenti