IMG-LOGO

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

28 Jan 2026 04:53 5 baxış
IMG

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb.

"Report"un məlumatına görə, bu barədə təşkilatın "X" sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

"Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır", – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.

Xəbər lenti