IMG-LOGO

İspaniya miqrantların sadələşdirilmiş leqallaşdırılması proqramını təsdiqləyib

28 Jan 2026 00:58 3 baxış
IMG

İspaniya hökuməti qeyri-qanuni miqrantlara qanuni status almağa imkan verəcək proseduru təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Təxmini qiymətləndirilməyə görə, bu proqramdan ən azı yarım milyon insan yararlana biləcək.

Sol koalisiyaya daxil olan "Podemos" Partiyasından Avropa Parlamentinin deputatı İrene Montero qeyd edib ki, keçən ilin sonunadək İspaniyada ən azı beş ay yaşayan və cinayət məsuliyyətinə cəlb olunmayan qeyri-qanuni miqrantlar rəsmi status üçün müraciət edə biləcəklər.

Onun sözlərinə görə, ərizənin verən şəxs bir il müddətinə yaşayış və iş icazəsi ilə təmin ediləcək. Qanuni statusu İspaniyada olan uşaqlarla birlikdə almaq mümkün olacaq.

Qeyd olunur ki, İspaniya hakimiyyəti ərizələri apreldən başlayaraq üç ay ərzində qəbul etməyi planlaşdırır. Miqrasiya məsələləri üzrə nazir Elma Sais RTVE yayım şirkətinə verdiyi müsahibədə bildirib ki, leqallaşdırılandan sonra miqrantlar İspaniya ərazisində istənilən sektorda və təşkilatda işləyə biləcəklər.

Krallığın Milli Statistika İnstitutunun son məlumatlarına görə, hazırda İspaniyanın hər yeddinci sakini miqrantdır. Belə ki, ölkədə 49,4 milyon əhalinin 7 milyondan çoxu miqrantdır.

Xəbər lenti