ABŞ Prezidenti Donald Tramp suriyalı həmkarı Əhməd Əl Şaraa ilə "möhtəşəm" danışıqlar apardığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə söhbəti zamanı – Ayova ştatının De-Moyn şəhərinə işgüzar səfərə yola düşməzdən əvvəl bildirib.
"Mən Suriya Prezidenti ilə möhtəşəm söhbət apardım. Suriya və bu bölgə ilə bağlı hər şey çox yaxşı irəliləyir. Biz çox məmnunuq", - Tramp qeyd edib.
Bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirmişdi ki, Vaşinqton administrasiyası artıq hesab edir ki, "Suriya Demokratik Qüvvələri" (SDQ, PKK terror təşkilatının qolu – red.) İŞİD-lə mübarizədə əsas rol oynamamalıdır. Onun sözlərinə görə, ABŞ ölkədə hərbi mövcudluğunu uzun müddət davam etdirməyi nəzərdə tutmur.