IMG-LOGO

Türkiyə və Nigeriya prezidentləri Afrikanın təhlükəsizlik məsələlərini müzakirə ediblər

27 Jan 2026 21:28 4 baxış
IMG

Nigeriyanın ətrafında sabitlik yoxdur, bu səbəbdən Türkiyə Prezidenti ilə terrorla mübarizə məsələsinə diqqət ayırdıq.

"Report" xəbər verir ki, bunu Nigeriya Prezidenti Bola Əhməd Tinibu Ankaraya səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

"Qitədə sülh və təhlükəsizlik məsələləri müzakirə edilib. Somali ilə bağlı dediklərinizi qeyd etmişik və bu mövzuda – demokratiya, rifah məsələlərini Nigeriya diqqətdə saxlayır", - Tinibu deyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışında Afrika sahillərindəki terror qruplaşmalarının bütün qitəyə təhdid yaratdığını və bu problemlə mübarizədə Nigeriyaya kömək edəcəklərini vurğulayıb.

Xəbər lenti