IMG-LOGO

46 yaşlı yoqa təlimatçısı özünü binadan atdı

25 Jan 2024 14:47 94 baxış
IMG

Rusiyanın Yekaterinburq şəhərində yoqa təlimatçısı evin pəncərələrinin altında ölü tapılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 46 yaşlı qadın hündürmərtəbəli binadan özünü ataraq intihar edib. Onun meyiti çoxsaylı bədən xəsarətləri ilə tapılıb.

Mərhumun anası, bacısı qızı və onun azyaşlı uşağı ilə birlikdə 8-ci mərtəbədəki mənzildə yaşadığı deyilir. Mərhumun əri və ya övladı olmayıb. O, yoqa təlimatçısı kimi işləyib və kor insanlara kömək kimi könüllü işlərlə də məşğul olub.

Xəbər lenti