Ötən il Azərbaycandan 161 milyon 902,45 min ABŞ dolları dəyərində 114 min 276,47 ton pambıq lifi (mahlıc) ixrac edilib.
"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə ixrac edilən məhsulun dəyəri 9,1 %, həcmi isə 4,7 % azalıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında pambıq lifinin payı 4,97 % təşkil edir.
2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. 2025-ci ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.