IMG-LOGO

Türkiyə terrorla mübarizədə Nigeriyaya yardım edəcək

27 Jan 2026 20:32 5 baxış
IMG

Afrika sahillərindəki terror qruplaşmaları bütün qitəyə təhdid yaradır, bu problemlə mübarizədə dost Nigeriyanın yanındayıq.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya Prezidenti Bola Əhməd Tinibu ilə görüşdən sonrakı birgə mətbuat konfransında bildirib.

"Bu gün hərbi və kəşfiyyat sahələrində əməkdaşlığı dəyərləndirdik", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, mətbuat konfransından öncə hər iki ölkənin müxtəlif qurumları arasında əməkdaşlıq haqqında razılaşmalar imzlanıb.

Xəbər lenti