IMG-LOGO

İtirdiyi üzük 2 min kilometr aralıda tapıldı

27 Jan 2026 18:45 2 baxış
IMG
2 0

Təxminən iki min kilometr uzaqlıqda yaşayan bir qadının itirdiyi üzüyü təsadüfən ABŞ-ın Nyu-Cersi ştatından olan bir kişi tapıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, üzüyü metal axtaran cihazla dəyərlər tapmağa maraq göstərən Endryu Siffer Nyu-Cersi ştatının Belmar borosunda yerləşən çimərlikdə aşkar edib.

Amerikalı kişi zinət əşyasının üzərindəki baş hərflərə əsaslanaraq onun 1966-cı ildə məktəbi bitirmiş Barbara Vilageyə məxsus olduğunu müəyyən edə bilib.

Siffer xatirə xarakterli üzüyü Vilage ailəsinə geri qaytarıb. Onun bacısı isə bildirib ki, üzüyün hansısa müəmmalı şəkildə Nyu-Cersiyə düşməsi təəccüblüdür. Çünki zinət əşyasının sahibi həmin ştatda heç vaxt olmayıb.

Hadisələr

Xəbər lenti