IMG-LOGO

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

27 Jan 2026 18:15 2 baxış
IMG

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması təmin olunacaq.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində keçirilən iclasda bildirilib.

İclasda sözügedən məsələ də daxil olmaqla, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, iclas "Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunub.

Xəbər lenti