IMG-LOGO

Azərbaycan ötən il meyvə-tərəvəz ixracından 900 milyon dollardan çox gəlir götürüb

27 Jan 2026 18:44 2 baxış
IMG

Ötən il Azərbaycandan 900 milyon 973,95 min ABŞ dolları dəyərində 845 min 559,93 ton meyvə və tərəvəz ixrac edilib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü illə müqayisədə ixrac edilən məhsulun dəyəri 27,3 %, həcmi isə 23,2 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin payı 27,64 % təşkil edir.

2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin göstəricisinə nisbətən 3,8 % çoxdur. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. 2025-ci ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

Xəbər lenti