IMG-LOGO

Tramp: Qrenlandiya ətrafında vəziyyət yaxşı inkişaf edir

27 Jan 2026 18:48 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ətrafında vəziyyətin "yaxşı inkişaf etdiyini" bildirib.

"Report" xəbər verir ki, o bu barədə "Sid & Friends" radio şousuna verdiyi müsahibədə deyib.

"Qrenlandiya ilə bağlı vəziyyət həqiqətən də yaxşı inkişaf edir", - deyə o qeyd edib.

Tramp həmçinin beynəlxalq münaqişələr mövzusuna toxunaraq, Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib: "Səkkiz münaqişəyə son qoyduq və daha birinin həlli yaxınlaşır".

Xəbər lenti