IMG-LOGO

Azərbaycan Danimarkadan mal-qara idxalını 8 dəfədən çox artırıb

27 Jan 2026 18:02 2 baxış
IMG

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 24,54 milyon ABŞ dolları dəyərində 5 min 690 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,3 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çexiyadan 7,67 milyon ABŞ dolları dəyərində 1 min 746 ədəd (1 il əvvəl tədarük olmayıb), Estoniyadan 6,64 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4,6 dəfə çox) 1 min ədəd (+4,7 dəfə), Uruqvaydan 3,64 milyon ABŞ dolları dəyərində 714 ədəd (1 il əvvəl tədarük olmayıb), Avstriyadan 2,6 milyon ABŞ dolları dəyərində (+15 %) 592 ədəd (+5,3 %), Danimarkadan 2,28 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 573 ədəd (+8,4 dəfə) mal-qara alıb.

2024-cü ildə Azərbaycandan idxal edilmiş 1 min 944 ədəd mal-qaranın 29 %-i Avstriyanın, 25 %-i Almaniyanın, 20 %-i Estoniyanın payına düşüb.

Xəbər lenti