IMG-LOGO

Məşhur yarımmüdafiəçi "Yuventus"a keçir - 40 milyona

25.01.2024 13:12 101 baxış
IMG

“Atalanta”nın yarımmüdafiəçisi Ten Kopmijners bu yay “Yuventus”a keçə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Turin komandası hollandiyalı üçün 40 milyon avro və bonuslar ödəməyə hazırdır.

Kopmeyners bu mövsüm “Atalanta”nın heyətində 26 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə verib. Transfermarkt portalı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro qiymətləndirib.

Xəbər lenti