IMG-LOGO

Qazaxıstan Prezidenti və İsrail XİN başçısı ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

27 Jan 2026 15:28 3 baxış
IMG

İsrailin xarici işlər naziri Gideon Saarın səfəri ölkənin Qazaxıstanla hərtərəfli əməkdaşlığın gücləndirilməsinə sadiqliyini təsdiqləyir.

"Report" Akordaya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev G.Saarla görüşü zamanı bildirib.

Onlar ticari-iqtisadi və elmi-texniki əməkdaşlığın intensivləşdirilməsi, süni intellekt, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi sahələrində birgə layihələrin həyata keçirilməsi məsələsini müzakirə ediblər.

K.Tokayev İsrail XİN başçısının səfəri çərçivəsində Astanada keçirilən Qazaxıstan-İsrail biznes forumunun iki ölkə arasında investisiya tərəfdaşlığının genişləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində G.Saar İsrailin Qazaxıstanla dövlətlərarası münasibətlərin inkişafına ciddi təkan verməkdə maraqlı olduğunu vurğulayıb. O, həmçinin Qazaxıstanda aparılan genişmiqyaslı siyasi və sosial-iqtisadi islahatları yüksək qiymətləndirib, onların uğurla həyata keçiriləcəyinə əminliyini bildirib.

Xəbər lenti