IMG-LOGO

Pakistanda ticarət mərkəzində yanğın qurbanlarının sayı 73 nəfərə çatıb

27 Jan 2026 15:43 3 baxış
IMG

Pakistanın cənubunda yerləşən Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb, onlardan 23 nəfərinin şəxsiyyəti DNT testi ilə müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə "Geo" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, "Gul Plaza"nın binası köhnə və təhlükəli idi.

Bundan əlavə, ekspertlər qrupu ticarət mərkəzindəki yanğının səbəblərini müəyyənləşdirmək üçün işlər aparır.

Xəbər lenti