IMG-LOGO

Türkiyə və Fransa XİN başçıları Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər

27 Jan 2026 15:55 4 baxış
IMG

Türkiyə və Fransa xarici işlər nazirləri Hakan Fidanla Jan-Noel Barro Rusiya-Ukrayna müharibəsini, eləcə də danışıqların son mərhələsini müzakirə ediblər.

"Report" xəbər verir ki, Hakan Fidan və Jan-Noel Barro mətbuata birgə açıqlamalarında deyiblər ki, görüş zamanı bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Onların sırasında Suriya, Qəzza, İrandakı hadisələr, Aralıq dənizi təhlükəsizliyi məsələsi başda olmaqla, qlobal təhlükəsizliyi təhdid edən Rusiya-Ukrayna müharibəsi də olub.

"Qlobal təhlükəsizliyə təsir edən Rusiya-Ukrayna müharibəsinin müzakirəsi, əlbəttə, çox ciddi vaxtımızı aldı. Bu məsələləri birlikdə gündəmə gətirdik", - deyə H.Fidan əlavə edib.

Xəbər lenti