IMG-LOGO

"Özbəkneftqaz" Qazlidə 21 yatağın inkişafını maliyyələşdirəcək

27 Jan 2026 14:34 3 baxış
IMG

"Özbəkneftqaz" SC Qazli regionunda 21 yatağın inkişafı layihəsini müstəqil maliyyələşdirməyə qərar verib.

"Report" xəbər verir ki, bu barədə "Özbəkneftqaz"ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, daha əvvəl bu layihəni tərəfdaşlarla birgə həyata keçirmək planlaşdırılmışdı, lakin indi bütün işlər şirkətin öz resursları hesabına aparılacaq.

"Özbəkneftqaz"ın əsas vəzifələrinin yerinə yetirilməsinə və iş səmərəliliyinin artırılmasına yönəlmiş "Aktual 100 gün" proqramı çərçivəsində Qazli regionunun yataqlarında karbohidrogen hasilatının həcminin artırılması ilə bağlı strateji qərar qəbul edilib.

Layihə çərçivəsində müasir texnologiyaların tətbiqi, əlavə qazma avadanlıqlarının cəlb edilməsi, yerüstü kompressor stansiyalarının quraşdırılması, eləcə də zəruri maddi-texniki resursların alınması planlaşdırılır. Bu, regionda hasilat proseslərini sürətləndirməyə və istehsal göstəricilərini artırmağa imkan verəcək.

Xəbər lenti