IMG-LOGO

Qırğızıstan Rusiyanı miqrantlarla bağlı razılaşmanı yerinə yetirməməkdə günahlandırıb

27 Jan 2026 14:52 4 baxış
IMG

Qırğızıstan Rusiyanın əmək miqrantlarına aid razılaşmanı yerinə yetirməməsi səbəbindən məhkəmədə iddia qaldırıb.

"Report" Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Fondunun sədri Azamat Mukanov parlamentin əmək, səhiyyə, qadın məsələləri və sosial məsələlər komitəsinin "Vətəndaşların tibbi sığortası haqqında" qanun layihəsinin müzakirə edildiyi iclasda bildirib.

A.Mukanovun sözlərinə görə, Aİİ-nin beş ölkəsi arasında əmək miqrantlarının məsələlərini tənzimləyən razılaşma mövcuddur. Lakin Rusiya tərəfi əmək miqrantlarının ailə üzvlərinə icbari tibbi sığorta verməkdən imtina edərək bu razılaşmanın 96-97-ci maddələrini pozur.

"Qırğızıstan Aİİ məhkəməsində iddia qaldırıb, proses davam edir, qərar iki həftə sonra veriləcək. Rusiya baş nazirinin müavini Aleksey Overçuk Qırğızıstana gələndə də biz bu məsələni qaldırmışdıq", - deyə A.Mukanov əlavə edib.

Xəbər lenti