2025-ci ildə Azərbaycanın idxalının dəyəri qızıl nəzərə alınmadan 2024-cü illə müqayisədə 2,1 % artaraq 18 milyard 120 milyon ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, son nəticədə qızıl nəzərə alınmadan xarici ticarətdə 6 milyard 922,8 milyon ABŞ dolları müsbət saldo yaranıb.
Ötən il qiymətli metal makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi 6 milyard 259,7 milyon ABŞ dolları dəyərində idxal olunub.
Qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlı olmadığından, idxalın dinamikasının və yaxud daxili tələb ilə bağlı olan idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri isə 8,1 % artaraq 3 milyard 628,2 milyon ABŞ dolları təşkil edib və müstəqillik tarixinin ən yüksək səviyyəsinə çatıb.