Texnologiya üzrə ixtisaslaşmış “TechRadar” nəşri 2026-cı ilin ilk yarısının ən uğurlu texnoloji məhsullarının siyahısını açıqlayıb.
Lent.az xəbər verir ki, reytinq cihazların performansı, innovativ xüsusiyyətləri, istifadəçi təcrübəsi və qiymət-keyfiyyət nisbəti əsasında tərtib edilib.
Siyahıya smartfonlar arasında Samsung “Galaxy S26 Ultra” və “Oppo Find X9 Ultra”, noutbuk kateqoriyasında “MacBook Air M5”, simsiz qulaqlıqlar arasında “Apple AirPods Max 2”, televizorlar arasında isə LG C6 OLED daxil edilib.
Ekspertlər bu cihazların yüksək məhsuldarlığı, süni intellekt funksiyalarının geniş tətbiqi və enerji səmərəliliyi ilə seçildiyini bildirirlər.
Nəşrin qiymətləndirməsinə görə, 2026-cı ildə texnologiya bazarında əsas tendensiyalar süni intellekt imkanlarının genişlənməsi, daha uzun batareya ömrü, kamera sistemlərinin təkmilləşdirilməsi və istifadəçilərə daha fərdiləşdirilmiş xidmətlərin təqdim olunması olub.
Ekspertlər ilin ikinci yarısında təqdim ediləcək yeni məhsulların bu siyahıda dəyişikliklər edə biləcəyini də istisna etmirlər.
məhsul
Mənbə: lent.az