IMG-LOGO

Hindistan Avropa İttifaqı ilə birgə müdafiə istehsalını genişləndirəcək

27 Jan 2026 13:16 2 baxış
IMG

Hindistan və Avropa İttifaqı (Aİ) təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalayıb.

"Report"un məlumatına görə, bunu Hindistan Baş naziri Narendra Modi Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin və Avropa İttifaqı Şurasının sədri Antonio Koştanın Nyu-Delhiyə səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Nyu-Delhi birgə müdafiə istehsalının genişləndirilməsini planlaşdırır:

"Bu həm də qaydalara əsaslanan beynəlxalq nizama ümumi sadiqliyimizi təsdiq edəcək, Hind-Sakit okeanı regionunda əməkdaşlığımızın miqyasını genişləndirməyə imkan verəcək".

N.Modi həmçinin bildirib ki, dünyadakı qeyri-sabitlik fonunda Aİ və Hindistan arasındakı tərəfdaşlıq beynəlxalq sistemdə sabitləşdirici amil ola bilər.

Qeyd edək ki, bu saziş iki tərəf arasında müdafiə və təhlükəsizlik sahəsində ilk hərtərəfli sənəddir. O, dəniz təhlükəsizliyi, müdafiə sənayesi və texnologiyaları, kibertəhlükəsizlik və hibrid təhdidlər, kosmos və terrorçuluqla mübarizə kimi sahələrdə əlaqələrin genişləndirilməsini nəzərdə tutur.

Xəbər lenti