Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Çinə rəsmi səfərə yola düşüb.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Ceyhun Bayramovun sabah çinli həmkarı Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.
12:15
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28-29-da Çində səfərdə olacaq.
"Report" bu barədə Çinin "Sinxua" agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, səfər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və xarici işlər naziri Van İnin dəvəti ilə baş tutacaq.