İtaliya İrandan diplomatik heyətinin bir hissəsini geri çağırmağa qərar verib.
"Report"un xəbərinə görə, bu barədə "Corriere della Sera" nəşri ötən gün ölkənin Xarici İşlər Nazirliyində İrandakı vəziyyətə həsr olunmuş iclasın yekunlarına əsasən məlumat yayıb.
İtaliyanın xarici işlər naziri, baş nazirin müavini Antonio Tayani ölkənin Tehrandakı səfirliyinin heyətinin əhəmiyyətli dərəcədə azaldılması barədə göstəriş verib. Qərar ABŞ rəhbərliyinin gələcək addımları ilə bağlı gözləntilər fonunda təhlükəsizlik məqsədilə qəbul edilib.