IMG-LOGO

Gideon Saar: İsrail Qazaxıstanla iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırır

27 Jan 2026 11:44 3 baxış
IMG

İsrail Qazaxıstanla iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Astanada qazaxıstanlı həmkarı Yermek Koşerbayevlə danışıqların yekunlarına dair bildirib.

"Biz Qazaxıstana investisiya qoymaq və təcrübəmizi bölüşmək niyyətindəyik", - nazir deyib.

O qeyd edib ki, Qazaxıstanda səfərdə olan İsrailin iqtisadi nümayəndə heyətinin tərkibinə kibertəhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı və digər sahələri təmsil edən 30-dan çox nümayəndə daxildir.

"Biz su resursları, innovasiyalar və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır, iqtisadi investisiyalar, dinlərarası dialoq və digər istiqamətlərdə birgə fəaliyyət göstərmək istəyirik", - G.Saar əlavə edib.

Xəbər lenti