IMG-LOGO

Avropa Komissiyasının sədri: Aİ və Hindistan azad ticarət sazişi imzalayıb

27 Jan 2026 11:44 3 baxış
IMG

Avropa İttifaqı (Aİ) və Hindistan azad ticarət sazişi imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün Avropa və Hindistan tarix yazır. Biz "bütün sazişlərin anası" adlandırıla biləcək bir saziş imzaladıq. Biz iki milyard insanı əhatə edən və hər iki tərəfin faydalanacağı azad ticarət zonası yaratdıq", - o qeyd edib.

Daha əvvəl Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, bu saziş 2 milyard insanı əhatə edən və qlobal ÜDM-in təxminən dörddə birini təşkil edəcək bazar yaradır.

Xəbər lenti