Fransada doqquz yaşlı uşaq anası onu tək qoyduqdan sonra kirayə mənzildə iki il sağ qalıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Nersac kommunasında doqquz yaşlı məktəbli iki il tək yaşayıb. Bu müddət ərzində oğlan məktəbə gedib və yaxşı qiymətlər alıb. Uşaq supermarketdən oğurlanmış konservləri və ərzaqları yeyib.
Məktəblinin anasının onu tərk etməsi, bu barədə sinif yoldaşlarına danışanda məlum olub.
39 yaşlı qadın tapılaraq həbs edilib. Məlum olub ki, o, qonşu şəhərdə bir kişi ilə yaşayıb, vaxtaşırı oğluna baş çəkib və kirayədə qaldığı mənzilin pulunu ödəyib.
Məhkəmə fransalı qadını bir il yarım müddətinə azadlıqdan məhrum edib.