IMG-LOGO

Venesuela neft sənayesinə investisiya qoyuluşunu 1,4 milyard dollara çatdırmaq niyyətindədir

27 Jan 2026 11:04 2 baxış
IMG

Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malik ölkəsindən dünyanın ən böyük neft istehsalçısına çevrilməlidir. Bu məqsədlə 2026-cı ildə 1,4 milyard ABŞ dolları məbləğində investisiya cəlb ediləcək.

"Report" xəbər verir ki, bunu Venesuelanın prezidenti vəzifəsini icra edən Delsi Rodriges sosial şəbəkədəki rəsmi hesabında bildirib.

Qeyd olunur ki, hazırda ölkə rəhbərliyi Venesuelanın neft sənayesində islahatlar layihəsi üzərində işləyir. Layihə yanvarın 15-də təqdim edilib və hazırda onunla bağlı ictimai dinləmələr keçirilir.

D.Rodriges müzakirələr zamanı vurğulayıb ki, 2025-ci ildə neft sektoruna investisiyalar 900 milyon dollar təşkil edib və Venesuela neft hasilatında iştirak payı haqqında 29 müqavilə imzalayıb. 2025-ci ildə gündəlik hasilat 1,2 milyon barelə çatıb.

Xəbər lenti