Milli Basketbol Assosasiyasında (NBA) "Minnesota" və "Qolden Steyt" komandaları arasında keçirilmiş oyuna hakim Kevin Katler qatıla bilməyib.
"Report" yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi nəqliyyat problemləri və əlverişsiz hava şəraiti səbəbindən oyunda iştirak etməyib.
Onu Şon Rayt əvəzləyib.
Qeyd edək ki, "Minnesota" rəqibini 108:83 hesabı ilə üstələyib.