Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərinə endirdiyi zərbələr nəticəsində 22 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Odessa şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat yayıb.
Bildirilib ki, şəhərə kütləvi hücum pilotsuz uçuş aparatları ilə edilib. İnfrastruktur obyektinə, çoxmənzilli yaşayış binalarına, uşaq bağçasına, mağazaya və tikinti meydançasına ziyan dəyib.