Hindistan və Kanada neft və qaz sektorunda ticarəti artırmaq niyyətindədirlər.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Kanada neft məhsullarının tədarükünün artırılması müqabilində Hindistana mayeləşdirilmiş təbii qaz tədarükünü artırmağı öhdəsinə götürəcək.
Bundan əlavə, ölkələr enerji sektoruna investisiyaların genişləndirilməsi və müxtəlif enerji sektorlarında birgə işlərin aparılması barədə razılaşmalar elan edəcəklər.
Bu barədə rəsmi açıqlamanın Qoada keçiriləcək Beynəlxalq Enerji Həftəsi (Hindistan Energy Week 2026) çərçivəsində iki ölkənin enerji nazirlikləri rəhbərlərinin görüşündən sonra veriləcəyi gözlənilir.
"Bloomberg" qeyd edib ki, bu addım Ottavanın ABŞ ilə artan ticarət gərginliyi fonunda ixracını şaxələndirmək istəyini əks etdirir. Kanada hakimiyyəti həmçinin əsas Asiya tərəfdaşları ilə daha praqmatik münasibətlər qurmağa çalışır.