IMG-LOGO

Daşqınlardan sonra yırtıcı heyvanlar şəhəri "işğal etdi" - VİDEO

29 Oct 2026 16:25 2 baxış
IMG
0 0

Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində timsahlar, zəhərli ilanlar və digər vəhşi heyvanlar yaşayış məntəqələrinə üz tutub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin şimal-şərqində yerləşən Korrientes və Misiones əyalətlərində çayların daşması heyvanların təbii yaşayış mühitini su altında qoyub.

Parana və Uruqvay çaylarında suyun səviyyəsinin yüksəlməsi nəticəsində timsahlar, zəhərli ilanlar, kapibaralar və digər vəhşi heyvanlar şəhər küçələrində və parklarda görünməyə başlayıb.

Korrientes şəhərindəki Mitre parkında timsah aşkarlanıb, sahilyanı ərazilərdə isə zəhərli ilanlar və digər heyvanlar xilas edilib.

Oktyabrın 16-da Qoya şəhəri yaxınlığında 15 yaşlı yeniyetməni zınqırovlu ilan sancıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən uşağın müalicəsi davam edir.

Daşqınlar nəticəsində 2 nəfər həyatını itirib, 2 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb. Güclü yağışlar yüzlərlə evə, yollara və körpülərə ziyan vurub.

Hazırda 100-dən çox vəhşi heyvan xüsusi mərkəzdə reabilitasiya olunur. Mütəxəssislər sakinlərə təhlükəli heyvanlara yaxınlaşmamaq və belə hallarda dərhal xilasedicilərə məlumat vermək barədə xəbərdarlıq ediblər.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr dünyadan xəbərlər heyvanlar aləmi video videolent Argentina daşqın

Mənbə: lent.az

Xəbər lenti