IMG-LOGO

“Kuwait Oil Tanker” Qırmızı dənizdən tanker tranzitini dayandırıb

25.01.2024 08:17 71 baxış
IMG

Neft və neft məhsulları daşıyan “Kuwait Oil Tanker Co. S.A.K.” şirkəti bölgədəki vəziyyətlə əlaqədar tankerlərinin Qırmızı dənizdən keçidini müvəqqəti dayandırmaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə “Al Rai” media qrupu mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, vəziyyət sabitləşdikcə qərara yenidən baxılacaq.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının nümayəndələri İsrailə zərbələr endirəcəklərini və onunla əlaqəli gəmilərin İsrail sularından keçməsinə icazə verməyəcəklərini açıqlayıblar.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti